“On baldan doqquzunu verərdim” | Xarici tələbə

 “On baldan doqquzunu verərdim”    | Xarici tələbə
  13 Mart 2025    Oxunub:494
“Özümü Azərbaycanda öz ölkəmdəki kimi hiss edirəm. Buradakı insanlar mehriban və nəcibdir”. Bu sözləri “AzVisioan.az”a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yəmənli tələbəsi Əbubəkr Matraf deyib.
Onun sözlərinə görə, Azərbaycanda təhsil alan dostlarından biri oxumaq üçün buranı məsləhət görüb. ADNSU-da təhsilin keyfiyyəti və rahat yaşayış şəraiti, ikincisi, peşəkar müəllimlər, üçüncüsü, universitetdə hökm sürən dostluq və qarşılıqlı yardım mühiti, eləcə də Azərbaycandakı sabit vəziyyət onu qane edir.

“Azərbaycanı çox bəyənirəm və ümid edirəm ki, magistraturada təhsilimi davam etdirəcəyəm. Burada çoxlu mehriban insanlar var, özümü kifayət qədər rahat və təhlükəsiz hiss edirəm, ölkədə təhsilin səviyyəsi yüksəkdir. Buna ADNSU-nun timsalında əmin oldum”, - Ə.Matraf deyib.

Yəmənli tələbə bildirib ki, Azərbaycanda olduğu müddətdə ona dil baryerini aşmağa kömək edən çoxlu dostlar qazanıb: “Həftə sonları boş vaxtım olanda dostlarımla futbol oynayırıq”.

Xarici tələbə Universitetdə tədrisin səviyyəsini 10 ballıq şkala üzrə 9 balla qiymətləndirir: “Çünki radakı müəllimlər tələbələrə böyük anlayışla yanaşır və öz ixtisasları üzrə böyük təcrübəyə malikdirlər”.

Əbubəkr Matraf universiteti bitirdikdən sonra böyük beynəlxalq şirkətlərdə işləmək və özünü ən yaxşılardan biri kimi sübut etmək istəyir.

Rolan Yusufov
AzVision.az

“Yataqxana rahatdır, təqaüd də bəs edir” | Xarici tələbə
“Müəllimlərimin öyrətməyə marağı var” | Xarici tələbə
“Bakı potensialımızı üzə çıxardı” | Xarici tələbə
“Buranı müəllimim məsləhət gördü” | Xarici tələbə
“Ölkəmdə ilk olacağam” | Xarici tələbə
“Yeni maraqlı hadisələr gözləyirəm” | Xarici tələbə
“Bura həqiqətən yaxşıdır” | Xarici tələbə
“Arzu edirəm, dostluğumuz əbədi olsun” | Xarici tələbə
“Azərbaycanda təhsil yaxşı fürsətdir” | Xarici tələbə
“Bakı yeni estetika yaradıb” | Xarici tələbə



Teqlər:





Xəbər lenti